Aydın Mirzəzadə: “Qanun pozuntuları müşahidə edilməyib” FOTOLAR

Aydın Mirzəzadə: “Qanun pozuntuları müşahidə edilməyib” FOTOLAR

Millət vəkili Aydın Mirzəzadə Yasamal rayon 11 saylı Dairə Seçki Komissiyasının 18 və 24 saylı seçki məntəqələrində müşahidə aparıb. SİA-nın məlumatına görə, deputat bildirib ki, saat 10:00-da 18 saylı məntəqədə 1274 seçicidən 170 nəfər nəfər səs verib, 7 nəfər isə əlavə siyahıya salınıb: "32 nəfərin evinə daşınan seçki qutusu göndəriləcək. Qanun pozuntuları müşahidə edilməyib. Saat 10:25-də Yasamal rayon 24 saylı seçki məntəqəsində oldum. 1285 nəfər seçicidən 216 nəfəri səs verib. 38 nəfər üçün evə daşınan qutu göndərilib. Məntəqədə Qazaxıstandan Kumuskal Yesen adlı beynəlxalq müşahidəçiyə rast gəldim. O, məntəqədə qanun pozuntularının müşahidə edilmədiyini bildirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə