Millət vəkili Jalə Əliyeva Bakı şəhərinin 29 saylı Səbail Dairə Seçki Komissiyasının 6 nömrəli məktəb-liseydə yerləşən 6 saylı seçki məntəqəsində səs verib. SİA-ya açıqlama verən millət vəkili seçkilərin demokratik şəkildə keçirildiyini xüsusi qeyd edib: "İstirahət günü olmasına baxmayaraq, səhər saatlarından insanlar seçki məntəqələrində fəallıq nümayiş etdirirlər. Bu da Azərbaycan xalqının prezident seçkilərinə olan marağının göstəricisidir. Mən səs verdiyim məntəqədə insanların nə qədər rahat olduğunun şahidi oldum. Yəni heç kəsə hansısa istiqamətdə müdaxilə edilmir. İstənilən seçici böyük bir rahatlıqla seçimini edir. Beynəlxalq müşahidəçilərin rəylərinə nəzər salsaq, seçki prosesinin nə qədər yaxşı keçdiyni bir daha sübut etmiş olarıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB