Elmira Süleymanova: “Bu dəyişikliyin özü çox müsbət bir haldır” AÇIQLAMA

Elmira Süleymanova: “Bu dəyişikliyin özü çox müsbət bir haldır” AÇIQLAMA

Ombudsman Elmira Süleymanova 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası 5 saylı seçki məntəqəsində müşahidə aparıb. Müşahidələri ilə bağlı SİA-ya açıqlama verən Elmira Süleymanova bildirib ki, həm Mərkəzi Seçki Komissiyası (MSK), həm də Ombudsman və digərləri bu işə fəal qoşulublar: "Bununla da böyük bir müşahidəçi qrupu yarandı və onların hər biri məlumatlandırıldı. Xeyli sayda insan seçkilərə start verilməmişdən öncə məntəqələrin önündə gözləyirdi. Bu da təbii ki, çox sevindirici haldır. Əsas nəticə odur ki, müşahidəçilər rəngarəng partiyaları, partiya bloklarını, ayrı-ayrı namizədləri təmsil edirlər. Bu dəyişikliyin özü də çox müsbət bir haldır. Hər kəs öz seçimini özü etməlidir. Biz ümidvarıq ki, bu seçkilər günün sonuna kimi də azad, demokratik, tam şəffaf şəraitdə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə