Xarici müşahidəçilər Şirvanda seçkilərin şəffaf keçirildiyini bildiriblər

Xarici müşahidəçilər Şirvanda seçkilərin şəffaf keçirildiyini bildiriblər

Ölkə ərazisində keçirilən prezident seçkiləri Şirvan şəhərində də yüksək hazırlıqla davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 46 saylı Şirvan seçki dairəsinin məntəqələrində seçicilərin aktivliyi müşahidə olunur. 1, 11, 12 saylı seçki məntəqələrində apardığımız müşahidə zamanı seçicilərin səsvermədə fəal iştirak etməsi, məntəqələrdə normal şəraitin yaradıldığının şahidi olduq.

Qeyd etdiklərimizi beynəlxalq müşahidəçilərdən Nigeriyadan olan Udende Memga Emmamuel, Migmva Mahmoud Hassan və ATƏT-in müşahidəçiləri David Gadfirey, Şamil Sultanov təsdiq ediblər. Beynəlxalq müşahidəçilər 46 saylı Şirvan seçki dairəsini məntəqələrinə insanların yüksək əhval-ruhiyyə ilə gəldiklərini və aktivlik nümayiş etdirdiklərini bildiriblər. Seçkilərlə bağlı isə səhər açıqlama verəcəklərini qeyd ediblər.

Qeyd edək ki, 46 saylı Şirvan şəhər seçki dairəsini 30 məntəqə əhatə edir və 38.862 nəfərin səsvermədə iştirak edəcəyi gözlənilir. 12 məntəqədə VEB kamera quraşdırılıb. Məntəqələr fasiləsiz elektrik enerjisi və rabitə xidmətilə təmin olunub. Seçici və müşahidəçilər üçün bütün məntəqələrdə normal şərait yaradılıb. Müşahidəçilərin verdiyi məlumata görə, səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilməyib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə