102 saylı Samux-Şəmkir seçki dairəsində səsvermə prosesi qaydalara uyğun keçir
102 saylı Samux Şəmkir seçki dairəsində 50 məntəqə yaradılıb. Bunlardan 43 məntəqə Samuxda, 7-si isə Şəmkirdədir. Seçkiləri 530 yerli və 6 beynəlxalq müşahidəçi izləyir. Dairə üzrə ümumi seçicilərin sayı 43 501 nəfərdir. Hazırda seçki prosesi seçki qanunvericiliyinə uyğun davam etdirilir və heç bir qanun pozuntusu qeydə alınmayıb.
"Məntəqə açılandan müşahidə edirəm. Heç bir qanun pozuntusuna yol verilməyib. Əhalinin seçkilərdə iştirakı yüksək səviyyədədir. Məntəqədə qeydiyyata alınan 1300 nəfərin artıq 200 nəfərdən çoxu səs verib. Bu da onu göstərir ki, əhalimiz prezident seçkilərində çox maraqlıdır", - deyə Şəmistan Yusibov bildirib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB