Xüsusi qayğıya ehtiyacı olan insanların da səsvermə hüququnun təmin olunması təqdirəlayiqdir
"Rusiya Federasiyası Dövlət Duması və Federasiya Şurasının müşahidə missiyası oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığın vəziyyətini yüksək qiymətləndirir. Hesab edirik ki, seçki sisteminin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan insanların da səsvermə hüququnun təmin olunması xüsusilə təqdirəlayiqdir". Bu fikirlər Rusiya Dövlət Duması və Federasiya Şurasının müşahidə missiyasının Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşündə səslənib.
M.Pənahov deyib ki, seçkilərin azad, şəffaf, demokratik keçirilməsi üçün MSK qanunla nəzərdə tutulmuş bütün tədbirləri görüb. Seçkilərin demokratik keçirilməsində müşahidə institutlarının rolunu xüsusi vurğulayan M.Pənahov deyib ki, səsvermənin gedişini 1400-ə yaxın beynəlxalq, 50 mindən çox yerli müşahidəçi izləyəcək.
Müşahidəçilər, eləcə də mətbuat nümayəndələri istədikləri seçki məntəqəsinə maneəsiz daxil ola biləcəklər.
M.Pənahov seçkilərə hazırlıq prosesdə informasiya kommunikasiya-texnologiyalarından istifadə barədə məlumat verib. O deyib ki, səsvermə günü gözdən əlil olan insanların, əlil arabasından istifadə edənlərin də səsvermə hüququ təmin olunacaq. Bunun üçün müəyyən işlər görülüb.
Dövlət Dumasının və Federasiya Şurasının deputatları, müşahidə missiyasının üzvləri Azərbaycanda seçkilərə hazırlığın vəziyyətini, tətbiq olunan yenilikləri, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının təşkilini yüksək qiymətləndiriblər.
Qonaqlar təkcə paytaxt Bakıda deyil, bölgələrdə də səsvermənin gedişini izləyəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB