9 oktyabr seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq görülüb

9 oktyabr seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq görülüb

Mən Azərbaycan ilə 10 ildir ki, tanışam. Hər gəlişimdə inkişafın yeni mərhələsinin şahidi oluram. Bu, məni sevindirir. Çünki bu inkişaf seçki sisteminin təkmilləşdirilməsində özünü göstərir. Bu sözləri jurnalistlərə Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule söyləyib.

"Biz, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığın vəziyyətini öyrənmək və səsverməni izləmək üçün Azərbaycana gəlmişik. Artıq iki gündür ki, Bakıdayıq. Seçkilərə hazırlığın vəziyyəti ilə maraqlanmışıq və missiyanın ilkin təəssüratları müsbətdir. Mərkəzi Seçki Komissiyası seçkilərin yüksək səviyyədə təşkili üçün hər işi görmüşdür. Bəzi insanlar və beynəlxalq təşkilatlar hər şeyi gözləri ilə görmədən, dərindən öyrənmədən fikir söyləyirlər. Hesab edirəm ki, bu düzgün deyildir. Biz bölgələrə də gedəcəyik və səsvermənin gedişini yerlərdə izləyəcəyik" - deyə o, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə