2400 zəvvar səsvermədə iştirak üçün qeydiyyatdan çıxma vəsiqəsi alıb
"Məkkədə olan zəvvarlarımızın səs verməsi üçün Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşları Səudiyyə Ərəbistanına ezam olunub". SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb: "Zəvvarlarımızdan 2400 vətəndaşımız seçkilərdə səs vermək üçün qeydiyyatdan çıxma vəsiqəsi alıb: "Artıq Məkkədə 1 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyasının 2 nümayəndəsi Səudiyyə Ərəbistanına gedib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də Məkkədə səs verəcək. Hesab edirik ki, səfir daxil olmaqla, digər Azərbaycan nümayəndələri də ziyarətdə olan vətəndaşlarımızın seçkilərdə səs verməsi üçün bütün şəraitin yaradılmasını təmin edəcəklər".
M.Pənahov Səudiyyə Ərəbistanı tarixində indiyədək bu faktın qeydə alınmadığını da qeyd edib: "Səudiyyə Ərəbistanı hökumətinə Azərbaycandan olan zəvvarların seçkidə iştirak etməsinə şərait yaratdığına görə minnətdarlığını bildirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB