Prezident seçkilərinə yüksək səviyyədə hazırlıq görülüb

Prezident seçkilərinə yüksək səviyyədə hazırlıq görülüb

"Azərbaycanda prezident seçkilərinə yüksək səviyyədə hazırlıq görülüb". SİA-nın məlumatına görə, bu sözləri "Ədalətli seçki uğrunda" təşkilatın monitorinq qrupunun üzvləri bu gün jurnalistlərə açıqlamasında deyiblər.

Monitorinq qrupunun üzvü, rusiyalı vəkil Sergey Mirzoyev ölkəmizə səfərləri çərçivəsində bir sıra seçki məntəqəsinə baş çəkdiklərini və yaradılan şəraiti yüksək qiymətləndirdiklərini qeyd edib. O, məntəqələrdə veb-kameraların quraşdırılmasını ölkəmizin seçkilərə yüksək səviyyədə hazırlığından xəbər verdiyini xüsusilə vurğulayıb.

Sergey Mirzoyev olduğu məntəqədə hər namizədin nümayəndələrinin müşahidəsi üçün bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək deyib: "Seçki prosesinə hazırlıq bizi qane edib. Seçkiləri müşahidə etdikdən sonra öz təəssüratlarımızı yenidən bölüşəcəyik. Ümid edirik ki, Azərbaycanda seçkilər azad və ədalətli keçəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə