TürkPA Beynəlxalq Müşahidəçilər missiyası seçkiləri müşahidə edəcək

TürkPA Beynəlxalq Müşahidəçilər missiyası seçkiləri müşahidə edəcək

TürkPA Beynəlxalq Müşahidəçilər missiyası 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərini müşahidə edəcək. Qurumdan SİA-ya verilən xəbərə görə, Missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərinin millət vəkilləri və TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları daxildir. müşahidəçilər missiyası məntəqələrdəki seçki prosesini yaxından izləmək məqsədilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcək.

10 oktyabrda TürkPA missiyasının seçkilərin yekununa dair rəsmi hesabatı təqdim ediləcək.

TürkPA nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının Sədri cənab Məzahir Pənahovla görüşlərinin keçiriləcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə