XİN rəhbəri hansı seçki məntəqəsində səs verəcək?

XİN rəhbəri hansı seçki məntəqəsində səs verəcək?

Sabah keçiriləcək prezident seçkilərində xarici işlər naziri Elmar Məmmədyarov xarici səfərdə olarsa yəqin ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində və konsulluqlarında yaradılan seçki məntəqələrində səs verəcək. Əgər XİN rəhbəri seçki günü Azərbaycanda olarsa, o zaman o, 22 saylı Nəsimi ikinci seçki dairəsi, 25 saylı məntəqədə səs verəcək.

SİA MSK-nın İnformasiya Mərkəzinin seçici siyahılarına istinadən xəbər verir ki, E.Məmmədyarov qeydiyyatda olduğu ünvana uyğun olaraq bu məntəqədə səs verməlidir. XİN rəhbərinin seçki günü xaricə səfəri gözlənilmir. Hərhalda bu barədə qabaqcadan məlumat verilməyib. O zaman, onun səsini verdiyi bülleteni Azərbaycanda qutuya atacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə