Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən hər bir şəxs “SƏS VERDİM” deyə biləcək

Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən hər bir şəxs “SƏS VERDİM” deyə biləcək

"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu ilk dəfə Azərbaycanda seçkilərlə bağlı virtual proqram yaradıb. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 9 oktyabr 2013-cü il tarixində dünyanın hər bir yerindən istənilən Azərbaycan vətəndaşı Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstək verməsini bu proqramla təsdiqləyə biləcəklər. Android (Sony, Samsung, HTC və s.), İOS (Iphone, Ipad) əməliyyat sistemlərinin mövcud olduğu cihazlar və facebookun bütün istifadəçiləri www.sesverdim.mp2013.az saytına daxil olaraq səs vermədə iştirak etdiyini və səsverməni hansı məkandan icra etdiyini bildirə biləcək. Proqramın xüsusi bir özəlliyi də hər bir adamın verdiyi səsin proqram çərçivəsində yaradılmış xəritəsində qırmızı nöqtə olaraq işarələnməsidir. Seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyərək öz səs verməsini təsdiq etmək və "qırmızı" xəritəni formalaşdırmaq istəyən, hər bir kəs bu proqramdan istifadə edə bilər.

Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Prezidentimizin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün www.fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə