Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Sovet Yəhudiləri üzrə Milli Komitənin üzvlərini qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov qonaqlara ölkəmiz haqqında, o cümlədən müstəqillik əldə etdikdən sonra əldə edilən əsas uğurlar, beynəlxalq təşkilatlar və dövlətlərlə qurulmuş əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib.
Sovet Yəhudiləri üzrə Milli Komitənin prezidenti Smukler Aleksander və icraçı direktor Levin Mark Azərbaycanın tolerant ölkə kimi dünyada tanındığını, Yəhudi icması ilə səmərəli əməkdaşlıq qurulduğunu yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan E.Məmmədyarov təhlükəsizlik və enerji sahəsində əldə edilən uğurlar və regionda birgə həyata keçirilən layihələrdən söz açıb. O, Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər, Yaxın Şərq regionuna etdiyi son səfəri və keçirdiyi görüşlər barədə də məlumat verib.
Görüşün sonunda nazir qonaqların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB