Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Ümid Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndələrinin və Sosial Demokrat Partiyasından vəkil olan şəxslərin qeydə alınması məsələsinə baxılıb və müsbət rəy verilib.
Komissiya sədrinin sözlərinə görə, qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 51 898 nəfərdir. Müşahidəçilərin 6 030-u ölkə, 45 868 nəfəri isə dairələr üzrə bu missiyanı həyata keçirəcəklər: "Həcc ziyarətində olan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakı üçün də şərait yaradılacaq. Belə ki, səsvermə prosesində bu şəxslərin də iştirak etməsi üçün Məkkə şəhərində 1 seçki məntəqəsi yaradılıb. Bu məntəqədə 3500-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin ediləcək".
Məzahir Pənahov onu da əlavə edib ki, bu il ilk dəfə olaraq səs verəcək Azərbaycan vətəndaşlarına seçki məntəqəsində xatirə vəsiqəsi veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB