İşveçrədə təhsil alan azərbaycanlı tələbələr İlham Əliyevə səs verəcək
İşveçrə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin nümayəndələri toplantı keçirib. SİA-ya verilən məlumata görə, toplantıda balakalvr təhsili alan Azərbaycanlı tələbə Rüstəm Hüseynli çıxış edərək ilk dəfə səs verdiyini və bu səsvermənin onun üçün böyük ququrverici bir tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirib ki, Azərbaycan gənclərinin hamisi Cənab Prezident İlham Əliyevə səs verməklə vətəndən uzaq bir ölkədə böyük fəxarət hiss yaşayır. Azərbaycanın onun hüdudlarından kənarda da böyük qururla tanınmasından fəxr duyduğunu söyləyən R.Hüseynli ölkəmizin Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük bir gələcək gözlədiyini də diqqətə çatdırıb. İşveçrədə magistr dərəcəsi üzrə təhsil alan Kərim Məmmədov da Azərbaycanı onun coğrafiyasından kənarda tərənnüm etməyin böyük mənəvi borc olduğunu və ölkəmizin son 10 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafından bəhs edərək xaricdə təhsil alan bütün gənclərimizi 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
İsveçrədə bakalavr dərəcəsi üzrə təhsi alan Asim Müslümlü də Azərbaycanın bir dövlət olaraq son dövrlər güclü siyasi-iqtisadi qüdrətinin artmasından, onun beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsindən bəhs edib. A.Müslümlü ölkəmizin mühüm bir proses prezident seçkisi ərəfəsində olduğunu və onların seçiminin cənab Prezident İlham Əliyev olduğunu söyləyib.
İşveçrədə magistr dərəcəsi üzrə təhsil alan Rəsul Şəkiliyev, Teymur Teymurov və digərləri də ölkəmizdəki inkişafdan onun beynəlxalq münasibətlər sitemindəki mövqelərinin güclənməsindən bəhs ediblər. Vurğulanıb ki, bu gücün arxasında cənab Prezident İlham Əliyev siyasətinin mıntiqi nəticəsi dayanır ki, İşveçrədəki təhsil alan gəncliyin də seçkilərdə yeganə seçimi məhz cənab ilham Əliyev olacaq.
Toplantının yekununda İşveçrədə təhsil alan bütün Azərbaycanlı tələbələrin adından vurğulanıb ki, 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB