Azərbaycanda keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün 20-dən çox xarici KİV-in 70-ə yaxın nümayəndəsi Mərkəzi Seçki Komissiyasında akkreditə olunub. MSK-dan SİA-ya verilən xəbərə görə, akkreditə olunan xarici jurnalistlərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today" telekanallarının, Bloomberg News, Reuters, İTAR-TASS, Sinxua, Avropa Pressfoto, Cihan xəbər agentliklərinin, "Vesti Seqodnya", "Exo Planetı", "New-York Times" kimi qəzetlərinin əməkdaşları var.
Qeyd edək ki, xarici jurnalistlərin akkreditasiyası hələ davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB