Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qubada "ZİRVƏ" toplantısı keçirilib. Toplantı zamanı Nizami kinoteatrının önündə ayrılmış sahədə YAP-ın namizədi Cənab İlham Əliyevin Quba rayonu üzrə Seçki Qərargahının nümayəndələri seçicilələ görüşüb.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, Azərbaycan dünya dövlətləri arasında lider dövlətə çevrilib: "Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfuzu, ölkənin Cənubi Qafqazda ən güclü siyasi, iqtisadi və hərbi gücə malik olması, dünya dövlətləri arasında mövqeyinin getdikcə daha da güclənməsi göz önündədir. Bütün bunların hamısı Cənab Prezidentin uğurlu, parlaq siyasətinin nəticəsidir. Bizlər bu siyasətin davamını istədiyimiz üçün 9 oktyabrda YAP-ın namizədinə səs verəcəyik".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd edib ki, Azərbaycan xarici siyasət uğurları ilə yanaşı, daxili siyasətdə də uğurlar əldə edir: "Azərbaycanda hər il aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması, həyata keçirilən sosial proqramların artması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin apardığı möhtəşəm siyasətin nəticəsidir və yalnız bu siyasət ölkəmizi daha da inkişaf etdirə bilər. Buna görə də 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəyik".
Tədbirdə çıxış edərək fikirlərini bildirən Milli Məclisin deputatı Yevda Abramov söyləyib ki, Azərbaycanın bütün regionları kimi, Quba da günü-gündən inkişaf edir, gözəlləşir: "Prezident İlham Əliyev hər zaman bütün regionlara olduğu kimi, Quba rayonuna da böyük diqqət və qayğı ilə yanaşıb, dəfələrlə Qubaya səfərlər edib, sadə insanlarla görüşüb, rayon sakinlərini narahat edən məsələ və problemlərlə yerində maraqlanıb, rayon sakinlərinin və onları təmsil edən millət vəkillərinin rayonla bağlı xahiş və təkliflərini hər zaman nəzərə alıb və qısa zamanda məsələlər həll olunub. Qubalıların seçimi YAP-ın namizədidir".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Abel Məhərrəmov bildirib ki, Cənab İlham Əliyev dünyada alternativi olmayan siyasətçidir: "Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss edilir və həmin siyasətin davamlı olacağı şübhəsizdir. Belə bir siyasətçinin yenidən prezident seçkilərində qalib gəlməsi heç bir şübhə doğura bilməz".
Sonda qubalılar adından çıxış edən şəhər sakinləri qeyd ediblər ki, qubalılar dövlətçiliyin, inkişafın, sabitliyin yanında olduqlarını bir daha göstərəcəklər: "Biz qubalılar ölkəmizin Cənab İlham Əliyevin uğurlu siyasəti ilə inkişaf etdiyini yaxşı bilir və görürük. Buna görə də qubalılar ölkəmiz, millətimiz, eləcə də Qubanın gələcək inkişafı üçün, məhz bu siyasəti dəstəkləyəcək və hər birimiz seçkilərdə aktiv olaraq YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB