Cəlilabadın Alar və Günəşli kəndlərində seçicilərlə görüş keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki qərargahının Cəlilabad şöbəsi rayonun yaşayış məntəqələrində seçicilərlə görüşləri davam etdirir. Bu tədbirlər çərçivəsində növbəti görüş rayonun Alar və Günəşli kəndlərinin seçiciləri ilə keçirilib. YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 10 il müddətində ölkəmizdə gedən inkişaf barədə danışıb, ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması və digər vacib məsələlər barədə əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.
Seçicilərlə görüşdə çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov, habelə Azərbaycan Respublikası Prezidenti Yanında İdarəetmə Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun Direktoru, siyasi elmlər doktoru, professor, görkəmli politoloq Elman Nəsirov da cənab İlham Əliyevin Azərbaycan respublikasının prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması haqqında danışıb, bütün seçiciləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilərdən Günəşli kənd ağsaqqalları Zülfüqar Cəfərov, Aydın Səfərov, müəllimlər Kəramət Həsənov, Rəfiqə Babayeva, həkimlər Cavanşir Bağırov, Hacıağa Hüseynov, habelə Alar kəndinin ağsaqqallarından Nurəddin Kərimov, Baxış Mustafayev, müəllim Misir Alarlı, rayon qəzetinin redaktoru Böyükxan Bağırlı, kənd sakini Əlövsət Qarayev və başqaları cənab İlham Əliyevin rəhbərliyi dövründə insanlara diqqət və qayğının artdığını, bütün bölgələrin, o cümlədən Cəlilabad rayonunun kəndarası yollarının asvaltlanması, qaz və elektrik enerjisi təchizatının yaxşılaşması, rayon mərkəzinin və kəndlərin xeyli abadlaşmasını, digər abdlıq, quruculuq işlərinin görülməsini razılıq hissi ilə qarşıladıqlarını qeyd edib, cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB