Xaçmazlıların seçimi - İLHAM ƏLİYEV FOTOLAR

Xaçmazlıların seçimi - İLHAM ƏLİYEV FOTOLAR

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı seçicilərlə görüş keçirib.

Görüşü qərargahın sədri Nazim Ağayev açaraq bildirib ki, xaçmazlılar birmənalı olaraq Ulu öndərimizə və onun ideyalarına sadiqliklərini həmişə nümayiş etdiriblər: "Bugünki gözəl, firavan yaşayışımızın əsasının qoyan Ulu öndərimizin hər birimizin boynunda haqqı var.Ona görədə hər birimiz Heydər Əliyevin yartdığı bizə miras qoyub getdiyi Müstəqil Azərbaycanın adına uyğun şəffaf, demokratik, seçkini nümayiş etdirmək üçün damarında Azərbaycan qanı axan hər bir Azərbaycan vətəndaşı 9 oktyabr 2013-cü il tarixdə seçkiyə gələrək, öz seçimini etməli, İlhamlı gələcəyə İlhamla getməlidir.Son 20 ildə Azərbaycanda aprılan müsbət dəyişiklikləri təhlil edərək yaxın 10 müddəti üçün həyata keçiriləcək mühüm layihələrin əhəmiyyətindən danışdı.Şərt o deyil ki, ölkənin yeraltı sərvətləri çox olsun, şərt odur ki, yeraltı sərvətləri xalqın rifahı naminə, ölkənin inkişafı naminə, istiqamətləndirən lideri olsun.Bu lider bu gün, sabah və gələcəydə Azərbaycanda var, O İlham Heydər oğlu Əliyevdir".

Görüşdə Milli Məclisin üzvü Arif Əşrəfov çıxış edərək, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsindən, iqtisadiyyatın inkişafı nəticəsində ölkəmizin qüdrətlənməsindən, güclü ordunun yaranmasından, əhalinin sosial rifahının yaxşılaşmasından bəhs ediblər.

Görüşdə YAP Siyasi Şurasının üzvü, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, Ulu öndərin ideyalarının və başladığı bir sıra layihələri həyat keçirməklə xalqın liderinə çevrilmiş Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bu gün bütün istiqamətlərdə xalqın mənafeyini layiqincə müdafiə edir: "Azərbaycan xaqlının ümid yeri İlham Əliyevdir. Ölkədə hökm sürən sabitlik, stabillik bizə imkan verir ki, qurub yaradaq, xalqımızın rifahını daha da yaxşılaşdıraq. Ölkənin qüdrətini daha da artıraq. Ümumilli liderimizin daxili və xarici siyasəti bu gün Cənab İlham Əliyevi uğurla həyata keçirir. Müstəqil siyasəti olan ölkələrdən birinə çevrilmişik. Dövlət hesabına gənclərimizin dünyanın ən nüfuzlu Universitetlərində oxumasına şərait yardılıb".

Görüşdə Böyükağa Məmmədov, Ramiz Osmanov, Bəxtiyar Haqverdiyev çıxış edərək, xaçmazlıların seçiminin İlham Əliyev olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə