Gəncə şəhər “Xəzər” Təhsil Mərkəzi cənab İlham Əliyevi dəstəkləyir! FOTOLAR

Gəncə şəhər “Xəzər” Təhsil Mərkəzi cənab İlham Əliyevi dəstəkləyir! FOTOLAR

Bu gün Gəncə şəhər "Xəzər" Təhsil Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində tədbir keçirilib. Tədbirdə "Xəzər" Təhsil Mərkəzinin direktoru Raqif Hüseynov, gənc alimlər Elnur Həsənov, Nəzakət İsmayılzadə, Şəhla Məmmədova və tələbə gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Xəzər" Təhsil Mərkəzinin direktoru Raqif Hüseynov açaraq bildirib ki, Prezident cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə intellektə böyük yer verməklə, modern cəmiyyətlərin nəbzini tutduğunu bütün dünyaya nümayiş etdirdi. Çünki hazırkı şəraitdə sosial tərəqqi tempi əsasən hakimiyyətin intellektlə uzlaşdırılması dərəcəsindən asılıdır. Burada hər bir cəmiyyətin keçdiyi tarixi, siyasi, iqtisadi təkamül yolunu nəzərə alaraq, intellektual potensialdan maksimum istifadə etmək ideyası vardır. Həmin xüsusiyyət ölkəmiz üçün cənab İlham Əliyevin inteqrativ modernləşmə kursunda öz əksini tapmışdır. Məhz bu kursun həyata keçirilməsi nəticəsində Azərbaycanın qısa zaman ərzində nail olduğu bugünkü inkişafı və gələcəyə doğru hesablanmış hədəfləri beynəlxalq miqyasda maraq doğuran hadisə kimi qiymətləndirilir. Azərbaycana rəhbərlik edən Prezident cənab İlham Əliyev ilk beş ildə daxili potensiala əsaslanan modernləşmə mərhələsinə keçid üçün zəruri olan modelin əsasını qoydu. İqtisadiyyatda keçid mərhələsi başa çatdı. 2008-ci ildən etibarən cənab Prezident Azərbaycanın modernləşməsinin yeni mərhələsini həyata keçirməyə başladı. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkəmiz regionda iqtisadi cəhətdən aparıcı dövlətə çevrilib. Statistikaya nəzər salsaq, görərik ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. İqtisadi sahədə, enerji sahəsində atılan addımlar nəinki ölkənin inkişafını şərtləndirir, regional proseslərə də çox güclü təsir göstərir. Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. Biz gənclər də ölkəmizdə inkişaf və tərəqqinin önündə getməyə, bu tərəqqinin daim davamlı olması üçün bizə hər zaman kömək və dəstəyini əsirgəməyən cənab İlham Əliyevə səs verməyə hazırıq!

Elnur Həsənov, AMEA–nın Gəncə Bölməsinin elmi işçisi

Ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib. Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında, müstəqil dövlət kimi

dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. Cənab İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən, elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Biz gəncəlilər, gənc alimlər ölkəmizin irəli getməsi, işıqlı yollarla parlaq gələcəyə addımlaması naminə çalışacaq, elmin, təhsilin, mədəniyyətin, ümumillikdə bütün sahələrin inkişafında yorulmaz fəaliyyəti ilə yalnız möhtəşəm uğurlara imza atan cənab İlham Əliyevi dəstəkləyəcəyik!

Nəzakət İsmayılzadə, ADAU–nun baş müəllimi

Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran illərində də durmadan inkişaf edir. Regional inkişaf proqramı uğurla icra edilir. Bakıətrafı kəndlərdə, eləcə də, regionların sosial və iqtisadi məsələlərinin həlli üçün çox müfəssəl Dövlət proqramları qəbul edilir. Azərbaycan gözəlləşir, abadlaşır, güclü dövlətə çevrilir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir.

Qədim mədəniyyət mərkəzi Gəncədə də ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bizi ən çox maraqlandıran elm və təhsil sahəsidir. Ölkə başçısının sərəncamı ilə AMEA – nın Gəncə Bölməsinin, Bölmənin nəzdində müxtəlif institutların yaradılması burada fəaliyyət göstərən alimlər qarşısında geniş perspektivlər açdı, hər birimizə yeni ruh, stimul verdi. Nəinki biz alimlər, eləcə də Gəncəmizin hər bir sakini şəhərimizin bu günü ilə fəxr edir, sevinir. Bu sevinci bizə bəxş edənlər dərin minnətdarlığa layiqdirlər. 9 oktyabr Prezident seçkilərində biz gənclərin lideri cənab İlham Əliyevə səs verəcəyik!

Şəhla Məmmədova, ADAU–da Cumhuriyyət muzeyinin direktoru

Cənab İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli – mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, humanistliyin tərbiyə olunmasıdır. Bu mənada, muğam mərkəzlərinin, dini

abidələrin bərpası və yenilərinin tikilməsi xüsusi qeyd edilməlidir. Şəhərimizdəki tarixi və dini abidələrin bərpası, yenidən qurulması işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Eşq olsun ölkəmizin vətənpərvər övladlarına!

Bütün xəbərlər Facebook səhifəmizdə