Biləsuvarda seçicilərlə görüşlər davam edir FOTOLAR

Biləsuvarda seçicilərlə görüşlər davam edir FOTOLAR

Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləsuvar rayonunun Dəvrişli və Təzəkənd kəndlərində təbliğatçılarla seçicilərin görüşü keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirovun iştirak etdiyi görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən danışıb: "Son 10 ildə Azərbaycanın dünyaya və Avropaya güclü inteqrasiyası Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində reallaşıb. Bütün bu uğurların davam etdirilməsi üçün kənd seçicilərini 9 oktyabrda keçiriləcək Prezident seçkilərində iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıram".

Filologiya elmləri doktoru, professor Fikrət Cahangirov seçicilər qarşısında çıxış edərək elm, təhsil, mədəniyyət, gənclər, idman, ordu quruculuğu sahəsində aparılan siyasətin ölkəmizdə 10 il ərzində Prezident İlham Əliyev tərəfindən dinamik inkişaf etdiyini qeyd edib, seçiciləri ölkə Prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Dərvişli kənd sakinlərindən Həsənov Qabil, Abbasov Qədir, Sadıqova Zəhra, Zeynalov Ədalət , Təzəkənd kənd sakinlərindən Əjdər Bayramov, İltimas Azadov çıxış edərək Dəvrişli və Təzəkənd kəndinin seçicilərinin 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident

seçkilərində birmənalı şəkildə ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə