Bu gün "Modern İnkişaf və Ailə" Təşkilatının təşəbbüsü ilə prezident seçkiləri ilə əlaqədar "İlham Əliyevə Dəstək" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatlarının Qadınlar Şurasının sədrləri, QHT nümayəndələri, fəal qadınlar iştirak ediblər.
Tədbir xalq artisti İlhamə Quliyevanın "İlhamla Azərbaycan"adlı mahnısına çəkilən klipin nümayişi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon idarə heyətinin üzvü, Qadınlar Şurasının sədr müavini, təşkilatın sədri Zərifə Quliyeva bildirib ki, 1991-93- cü illərdə ölkəmiz üçün çox ağır bir dövr idi. Onun sözlərinə görə, xalqın təkidi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində ölkədəki özbaşınalığa son qoyuldu: "O dövrdən Azərbaycan inkişaf mərhələsinə qədəm qoyub. Əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan bu mərhələ hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Daha sonra ölkə başçısının 10 illik fəaliyyətindən danışan Z. Quliyeva vurğulayıb ki, bu müddət ərzində elə bir sahə yoxdur ki, inkişaf etməsin. Onun sözlərinə görə, ölkəmizin Cənubi Qafqazda lider ölkəyə çevrilməsi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunub: "Azərbaycan xalqı ölkə başçısının gördüyü işləri görür və yüksək qiymətləndirir. Yaxşını pisdən ayıra bilən xalqımız yalnız Prezident İlham Əliyevə səs verərək öz mövqeyini ortaya qoyacaq".
Tədbirin davamında çıxış edən YAP Siyasi şurasının üzvü, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, ölkəmizdə ailə institutu inkişaf edir.
Ölkə başçısının ailə problemlərinin qarşısının alınması istqamətində gördüyü işlər haqqında danışan S. Qəhrəmanova vuğulayıb ki, bu istiqamətdə bir sra qanunlar qəbul olunub, sərəncamlar verilib: "Bizim ailəmiz Azərbaycandır. Biz onun arxasında durmuşuq. Azərbaycanın davamlı inkişaf etməsini istədiyimizə görə, hər birimiz Prezident İlham Əliyevə səs verəcəyik".
Daha sonra söz alan xalqı artisti İlhamə Quliyeva ölkə başçısının mədəniyyət sahəsinə göstərdiyi diqqətdən danışıb. O, öz çıxışında ölkə başçısını dəstəklədiyini bildirib və hər kəsi YAP-ın irəli sürdüyü namizədə, İlham Əliyevə səs verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB