ABŞ-dakı Azərbaycan diaspor təşkilatları İlham Əliyevi dəstəkləyir

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları İlham Əliyevi dəstəkləyir

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının dünya azərbaycanlılarına ünvanlanmış bəyanatında Azərbaycanın son illər əldə etdiyi uğurlar əksini tapıb. SİA-nın məlumatına görə, bəyanatda Azərbaycanda iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması, demokratik, hüquqi dövlət quruculuğu yolunda qazandığı nailiyyətlər xüsusi vurğulanır.

Eyni zamanda Amerika Azərbaycan arasındakı münasibətlərin tərəfdaşlıq maraqlarına söykənərək inkişaf etməsi təqdir olunur: "Bu gün Azərbaycan xalqı və Amerikada yaşayan azərbaycanlılar iqtisadi inkişafı yüksək dəyərləndirir. Son zamanlar qazanılan nailiyyətləri qəbul edir və gələcəyə ümidlə baxırlar. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti dövlətlər arasında dostluq, tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə davam etməsinə imkan yaradır".

Azərbaycan Nyu-York Assosiasiyasının bəyanatında isə deyilir ki, diaspor təşkilatları kimi təmsil etdiyimiz dövlətin mənafeyini qoruyaraq, dövlətimizin yürütdüyü xarici və daxili siyasəti dəstəkləyərək ölkələrimizin Amerikada daha yaxından tanıdılması, özəlliklərinin, adət-ənənələrinin, incəsənətinin, musiqisinin Amerikada yaşayan digər xalqların nümayəndələrinə yüksək səviyyədə çatdırılması istiqamətində gördüyümüz işlər Azərbaycanın uğurunun nəticəsi kimi qiymətləndirilir.

Daha sonra Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanınması, ölkəmizin Bakı Beynəlxalq Humanitar Forumu, Davos İqtisadi Forumu, Avroviziya Beynəlxalq Musiqi yarışması, Qələbə Beynəlxalq Musiqi Festivalı və bu kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsini və eyni zamanda xarici ölkələrin keçirdiyi beynəlxalq səviyyəli tədbirlərdə və görüşlərdə yaxından iştirakını dövlət başçısının düzgün siyasi kursunun nəticəsi kimi qiymətləndirilir. Bu uğurların davam etməsi, Azərbaycanın müstəqil ölkə kimi beynəlxalq aləmdə nüfuzunun artması üçün bütün ABŞ-dakı soydaşlarımız bütün azərbaycanlıları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə