Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası azərbaycanlıları İlham Əliyevi dəstəkləyir

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası azərbaycanlıları İlham Əliyevi dəstəkləyir

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 oktyabr prezident seçkilərinə dair bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, bəyanatda Türkiyə-Azərbaycan tarixi dostluq əlaqələrindən söz açılır, dünyada buna bənzər ikinci bir örnək olmadığı vurğulanır.

Bildirilir ki, Azərbaycan sürətlə inkişaf edib, Qafqazın parlayan ulduzu olma yolundadır. Bu inkişaf ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin sayəsində gerçəkləşir. Bəyanatda vurğulanır ki, prezident İlham Əliyevin yenidən seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu da rəhbərlik etdiyi təşkilat adından yazdığı dəstək məktubunda Azərbaycanın bugünkü kimi gələcəkdə də bölgənin nüfuzlu ölkəsi olacağını əminliklə vurğulayıb.

Məktubda deyilir: "Türkiyə Azərbaycan üçün beynəlxalq dəstək və müttəfiqdir. Azərbaycanla Türkiyənin iqtisadi, siyasi, mədəni, elm, təhsil və s. sahələrdə reallaşdırdığı ortaq layihələr, əməkdaşlıqlar bu münasibətlərin ən önəmli göstəricisidir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirləri iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla davam etdirməsi üçün zəmin rolunu oynamış və bu münasibətlərin təməl faktorunu aşkar edib".

Məktubun sonunda Azərbaycan və Türkiyənin dostluq, kardaşlıq və birliyi sona qədər davam edəcəyi söylənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə