Binəqədi qəsəbə sakinlərinin seçimi alternativsiz Lider - Cənab İlham Əliyevdir

Binəqədi qəsəbə sakinlərinin seçimi alternativsiz Lider - Cənab İlham Əliyevdir

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Seçki Qərargahı partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi qəsəbə seçiciləri ilə növbəti görüş keçirdi.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan xalqının əhəmiyyətli bir prosesin ərəfəsində olduğunu qeyd etdi və bildirdi ki, hazırda təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər davam edir. R.Göyüşov ölkədə böyük miqyasda görülən işləri qeyd edərək əldə olunan uğurların son 10 ildə aparılmış məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirdi.

YAP Binəqədi rayon təşkilatının sədri qeyd etdi ki, son on ildə təhsilin, səhiyyənin, ümumilikdə bütün sahələrin inkişafı üçün mühüm olan dövlət proqramları qəbul edilib. Bu gün gənclərimizin xaricdə təhsil alması üçün əlverişli şərait yaradılıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dünyanın stabil dövlətlərindən birinə çevrildiyini və bu stabillik nəticəsində ictimai həyatın bütün sahələrində tərəqqinin əldə olunduğunu bildirdi: "Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır".

O, bütün bu uğurlara, dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə Cənab İlham Əliyevin siyasi fəaliyyətin sayəsində nail olduğumuzu qeyd etdi. Həyata keçirilən dövlət proqramlarının sayəsində ölkəmizin sürətlə inkişaf etdiyini bildirən R.Göyüşov aparılan abadlıq, quruculuq işlərinin Binəqədi rayonunun görkəminə də sirayət etdiyini vurğuladı. O, Binəqədi qəsəbə sakinlərini seçkilərdə fəal şəkildə iştirak etməyə və Cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə səslədi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Madər Musayev ölkədə son illər əldə edilmiş uğurları qeyd etdi. O bildirdi ki, bu gün ölkə günü-gündən ikişaf edir və bu inkişafın əsasında müdrik, məqsədyönlü siyasət dayanır. Seçkilərdə hər bir seçicinin iştirakının vacib olduğunu bildirən M.Musayev hər kəsi prezident seçkilərində fəal olmağa çağırdı. O qeyd etdi ki, hər bir vətəndaş məsuliyyətli olmalı və düzgün seçim etməlidir: "Ölkənin davamlı inkişafını, uğurlu gələcəyini istəyən hər bir şəxsin seçimi Cənab İlham Əliyev olmalıdır".

Sonra görüşdə çıxış edən Binəqədi qəsəbə seçiciləri ölkədə son illər ərzində görülən işlərə nəzər salaraq Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi attında iqtisadi-siyasi yüksəlişə, inkişafa nail olduğunu vurğuladılar. Alternativsiz Lider Cənab İlham Əliyevə səs verəcəklərini bildirdirərək hər kəsi uğurlu inkişafın davamına, uğurlu siyasətə, nailiyyətə, qələbəyə Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə