Finlandiyadakı Azərbaycan diaspor təşkilatları birgə bəyanat qəbul edib

Finlandiyadakı Azərbaycan diaspor təşkilatları birgə bəyanat qəbul edib

Finlandiyada fəaliyyət göstərən Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatı birgə bəyanatla çıxış edərək dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqını müstəqil Azərbaycanın daim var olması naminə həmrəyilk nümayiş etdirməyə çağırıb. SİA-nın məlumatına görə, təşkilatların birgə bəyanatında Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu, bütün sahələr üzrə davamlı inkişafı, dünya azərbaycanlılarına göstərilən diqqət və qayğı, beynəlxalq aləmdə vətənimizin nüfuzunun artması yüksək qiymətləndirilir: "Bütün bunlar və BMT, ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı kimi nüfuzlu qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlət başçısının düzgün aparılan siyasətinin nəticəsidir".

Finlandiya azərbaycanlıları bu uğurların davamlı və daimi olması naminə xalqımızı 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində həmrəylik nümayiş etdirərək İlham Əliyevə dəstək olmağa səsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə