Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva, Murmansk, Tomsk, İvanov, Stavropol bölmələri 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət yayımlayıblar. SİA-nın məlumatına görə, müraciətdə deyilir: "Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin öndərliyində ötən on ildə sürətli inkişaf yolu keçən Azərbaycan nəinki regionda, hətta dünyada dinamik inkişaf edən bir dövlətə çevrilmişdir. Biz Rusiyada yaşayan azərbaycanlılar olaraq bu uğurları çox yüksək qiymətləndirir və bunlarla fəxr edirik".
Müraciətdə həmçinin qeyd olunur ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə özünəməxsus uğurlu daxili-xarici siyasəti ilə seçilən, inkişaf edən, güclü Azərbaycan onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların dayağı, hüquq və azadlıqlarımızın müdafiəçisidir.
Daha sonra müraciətdə bildirilir: "Biz inamla və qətiyyətlə bildiririk ki, Azərbaycanın sonrakı inkişafı da məhz cənab İlham Əliyevin adı ilə bağlı olacaq. O, Azərbaycan dövlətinin və xalqının möhkəmliyinin, inkişafının, sabahının qarantıdır. Bəzi mühüm məsələlərin, ən başlıcası isə Qarabağ problemininin həlli məhz Prezident İlham Əliyevin əzmi ilə öz həllini tapacaq" .
Müraciətin sonunda isə dünya azərbaycanlılarını düzgün seçim etməyə, bütün azərbaycanlıların prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Əliyevə səs verməyə çağırış yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB