Neftçalada görüşlər davam edir FOTO

Neftçalada görüşlər davam edir FOTO

Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Kürkənd, Yeniqışlaq kəndlərində və Həsənabad qəsəbəsində seçicilərlə görüşlər keçirilib. SİA-nın məlumatına görə, YAP İdarə Heyətinin üzvü, millət vəkili Arif Rəhimzadənin də iştirak etdiyi görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, prezidentin ölkədə apardığı abadlıq quruculuq işləri, təhsilə, səhiyyəyə, mədəniyyətə, orduya və digər sahələrə ayırdığı diqqət hər kəsin gözü önündədir.

YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib və ən əsas odur ki, belə açılışlar bundan sonra da davam etdiriləcək: "Bütün görülən işlərin qarşılığı və bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda keçiriləcək seçkilərdə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram".

Prezident İlham Əliyevin son illərdə apardığı və ölkənin inkişafına xidmət edən siyasətin əsl təbliğatçı olduğunu bildirən millət vəkili A. Rəhimzadə bu inkişafdan Neftçala rayonuna da böyük pay düşdüyünü diqqətə çatdırıb: "İnsanlar son 5 ildə genişmiqyaslı dəyişiklikləri öz həyatlarında hiss edirlər. İlham Əliyevin dövlətə rəhbərlik etdiyi illərdə aparılan siyasət demək olar ki, bütün sahələri əhatə edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsilin inkişafı siyasətində müasirləşmə və yeni texnologiyalardan istifadə baxımından son illərdə olduqca böyük müsbət dəyişiklik hiss edilir. Həm daxili, həm də xarici siyasətdə əldə olunan nailiyyətlər xalq tərəfindən bəyənilir və dəstəklənir. İnanıram ki, oktyabrın 9-da Neftçala camaatı sabitliyə, inkişafa, gələcəyimizin qarantına - İlham Əliyevə səs verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə