ABŞ bir gecədə 5.5 milyard dollar pul xərcləyib

ABŞ bir gecədə 5.5 milyard dollar pul xərcləyib

ABŞ hökumətinin oktyabrın 1-nə keçən gecə işi dayanmasına bir neçə saat qalmış ABŞ Müdafiə Nazirliyi 5,5 milyard dollar həcmində yüzlərlə müqavilə bağlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amerikanın "Foreign Policy" jurnalının məlumatına əsasən, büdcə böhranı ərəfəsində adi günlərdəkindən 7 dəfə çox kommersiya razılaşması bağlanıb. Odur ki, yüz min federal işçi məcburi məzuniyyətə çıxdıqdan, bir çox hökumət proqramı dayandırıldıqdan sonra, görünür, Pentaqon məmurlarının narahatlığına əsas yoxdur.

Pentaqonun xərclədiyi pullar müxtəlif şirkətlərin məhsullarının, o cümlədən xidmətlərinin ödənilməsinə gedib. Əsasən 2,5 milyard dollara təyyarələr üçün hissələr alınıb, 66 milyon dollar hərbi-dəniz bazalarının birində əlavə pirsin tikilməsinə, 7,5 milyon dollar Afrikadakı ABŞ ordusunun komandanlığı üçün "Mercedes" avtomobilləri parkına ayrılacaq. Əfqanıstan polisləri üçün 66 milyona dəbilqə və 9 milyon dollara əsgəri təchizat alınıb.

Bundan başqa, ABŞ Müdafiə Nazirliyi idman zalını dərhal təmir etmək qərarına gəlib. Bura lazım olan bütün vəsaitlərə 10 milyon dollar xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə