Son 10 ildə əldə olunan uğurlara həsr olunan sərgi keçirilib

Son 10 ildə əldə olunan uğurlara həsr olunan sərgi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və bir qrup fəal gənc "Bakı Expo" Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunan sərgidə iştirak ediblər. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərginin 3 pavilyonunda ölkəmizin sənaye, energetika, İKT, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya, su və kanalizasiya və digər sahələrdə qazandığı nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə