Qusarda növbəti görüş keçirilib

9 oktyabrda keçiriləcək seçkilərlə əlaqədar hakim partiyanın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Qusar rayon təşkilatının Seçki Qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirir. SİA-nın məlumatına görə, növbəti görüş bu gün rayonun Yuxarı Qələnxür, Zuxul və Yuxarı Zeyxur kənd seçiciləri ilə keçirilib.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və millət vəkili Azər Badamov seçicilər qarşısında çıxış edərək qeyd ediblər ki, İlham Əliyevin rəhbərliyi ilə son 10 il ərzində ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb və onun beynəlxalq siyasi arenada apardığı uğurlu siyasəti hər kəsə bəllidir: "Azərbaycan xalqı artıq öz seçimini 10 il bundan qabaq Prezident İlham Əliyevə səs verməklə edib. Sizin hər birinizi 9 oktyabrda seçki məntəqələrinə gələrək Azərbaycanın gələcəyinə, müstəqilliyimizin qarantına, gözəl inkişafımıza, növbəti 5 il sabitliyimizə - cənab İlham Əliyevə səs verməyə çağırırıq".

Yuxarı Qələnxür, Zuxul və Yuxarı Zeyxur kənd sakinləri adından çıxış edən Ənvər Atluxnov, Əşrəf Mahmudov, Markizat Əlimuradova, Şair Bədirxanov, Farid Eldarov və Ramizat Seyidrzayeva çıxış edərək ölkədə gedən inkişafdan, bu inkişaf üçün cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb, 9 oktyabrda seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə