İsveç Azərbaycanlıları Konqresi seçkilər ərəfəsində bəyanat yayıb
İsveçdəki Azərbaycan diasporu adından bəyanatla çıxış edən İsveç Azərbaycanlıları Konqresi okytabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib. SİA-nın məlumatına görə, İlham Əliyevin Azərbaycanın inkişafı naminə yürütdüyü daxili və xarici siyasəti, eləcə də ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən və dəstəkləyən bəyanat Avropa və dünya azərbaycanlılarına ünvanlanıb: "Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Qərbə tamamilə açıqdır və Avropanın enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayır. Bu uğurları bizlər - Avropada yaşayan azərbaycanlılar daha aydın görür və anlayırıq".
Müraciətin sonunda İsveç Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarını İlham Əliyevə dəstək göstərməyə çağırıb: "Biz, oktyabrın 9-da - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə hər kəsi yenidən yanılmadan doğru seçim etməyə çağırır, bizi hər zaman diqqət və qayğı ilə əhatə edən prezident İlham Əliyevin yanında olduğumuzu bildirmək istəyirik".
İsveç Azərbaycanlıları Konqresi 2010-cu ildə Stokholmda təsis olunub. Konqres bu ölkədəki Azərbaycan diaspor təşkilatlarını birləşdirərək onların fəaliyyətini koordinasiya edir, Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini ölkə ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB