MSK Cəmil Həsənlinin müraciətini təmin etməyib

MSK Cəmil Həsənlinin müraciətini təmin etməyib

Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlinin quruma ünvanladığı müraciətini təmin etməyib. SİA-nın məlumatına görə bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

MSK üzvü Validə Kazımova müraciət haqqında məlumat verərək bildirib ki, Cəmil Həsənli MSK-ya müraciət edərək İctimai Televiziyada keçirilən debatlarda prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şura üzvlərini açıq şəkildə hədələdiyini, onların şərəf və ləyaqətlərini təhqir etdiyini nəzərə çatdırıb və bu barədə MSK-nın tədbir görülməsini istəyib: "Cəmil Həsənlinin MSK-ya daxil olan müraciəti araşdırılıb. Qərara alınıb ki, Hafiz Hacıyevin fikirlərində təhqir elementləri var. Amma bu, namizədliyin ləğvinə əsas vermir. Seçki Məcəlləsinin müvafiq maddəsinin tətbiqi bu məsələdə mümkün deyil. Cəmil Həsənlinin bu ittihamı məhkəmə instansiyalarında çəkişmə predmeti etməsi daha məqsədəuyğundur".

Daha sonra qərar açıq səsvermə yolu ilə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə