Elşən Musayev: "Rəsul Quliyevin “Milli Şura”dakılara bir “əbləh” demədiyi qalmışdı…"
"Həqiqətən də Azərbaycan siyasətində "Milli Şura"nı Rəsul Quliyev qədər aşağılayan ikinci biri yoxdur. Adam bu qondarma təşkilatı az qala ağ yuyub, qara sərir. Onların ünvanına öz leksikonundakı bütün söyüşləri, təhqirləri yağdırır. Guya bir komandada olduğu üzvləri "tula","bədbaxt"adlandırır. Amma bu girdirmə təşkilatın üzvləri arasında bir"özündən deyən"tapılmır ki, Quliyevi yerində oturtsun, onun səsini kəssin. Sanki bəxtləri ilə barışıblar, ən böyük təhqirlərə belə özlərini alışdırıblar. Allah kimsəyə rəzalətin bu həddini göstərməsin". SIA xəbər verir ki, bu fikiləri politoloq Elşən Musayev Rəsul Quliyevin son video müsahibəsində "Milli Şura"haqqında səslənən ağır ifadələrə münasibət bildirərkən söyləyib.
"Milli Şura"nın başbilənləri yekə-yekə deyirdilər ki, öncəki mitinq haqqında Rəsul bəy təhqiramiz ifadə işlətməyib. Hakimiyyət telefon danışıqlarını montaj edib. Oysa ki, alın bu da sizə növbəti sübut: Adam gülə-gülə, kinayə ilə, həm də nümayişkəranə şəkildə vurğulayır ki, Cəmil Həsənlinin mitinqi "multfilim"dan ötə bir şey deyil. Bu qədər elektorat və bu cür primitiv düşüncə ilə hakimiyyət dəyişikliyinə iddia etməyin adı isə əbləhlikdir. "Əhsən", Rəsul Quliyev! Bu rəzil siyasətçilərə bir əbləh demədiyin qalmışdı, onu da dedin. Həm də sanki ozün blərəkdən video görüntü ilə dedin ki, Eldar Namazov kimi sözbazlar ortalıqda ənənəvi bleflərini edə bilməsinlər. Çünki, ötən dəfə həmin Namazov Quliyev tərəfindən "tula"ayamasına layiq görüləndə qayıdıb demişdi ki, elə bir şey olmayıb. Hələ bir əlavə də etmişdi: "Milli Şura"dan kiminsə uzaqlaşdırılması mexanizmi yoxdur. Adama belə yerdə deyən lazım idi ki, necə olur amörf bir təşkilatın mafioz üzvünü uzaqlaşdırmaq üçün mexanizm tapa bilmirsən, amma xalqın seçkilər vasitəsilə formalaşdırdığı, dövlət hakimiyyətinin əsas qollarından biri olan Parlamenti buraxmağın yollarını bilirsən?"- deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB