Əliabad kəndində seçicilərlə görüş keçirilib FOTO

Əliabad kəndində seçicilərlə görüş keçirilib FOTO

Biləsuvarda Yeni Azərbaycan tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində rayonun Əliabad kəndində seçicilərlə görüş keçirilib. Görüşdə 200 nəfər seçici iştirak edib.

Görüşdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak ediblər.

Görüşdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan söhbət açıb: "Aparılan sosialyönümlü islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Son 10 ildə Azərbaycan dünyaya və Avropaya güclü inteqrasiya edir".

Kamil Mirzəyev kənd seçicilərini 9 oktyabrda keçiriləcək prezident seçkilərində mütəşəkkil iştirak etməyə və hakim partiyanın namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov ölkədəki güclü idarəçilik sisteminin formalaşdığını bildirib: "Prezidentin rəhbərliyi ilə son 10 ildə Azərbaycanda abadlıq və quruculuq işləri həyata keçirilib. Əliabad kəndinin bütün seçicilərini İlham Əliyevə səs verməyə çağırıram".

Görüşdə kənd sakinlərindən Mirabbas İbrahimov, müəllimə Ülviyyə Qurbanova, Böyükbəy Quliyev çıxış edərək Əliabad kəndinin seçicilərini 9 oktyabrda keçiriləcək seçkilərdə birmənalı şəkildə İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə