"Azərbaycan gəncliyi İlhamla irəli” adlı konfrans keçirilib

"Azərbaycan gəncliyi İlhamla irəli” adlı konfrans keçirilib

Bu gün Prezidentə dəstək layihəsi çərçivəsində "Vətən"MMC-nin prezidenti, Qarabağ müharibəsinin iştirakçısı, milli qəhrəman İbad Hüseynovun rəhbərliyi ilə "Azərbaycan gəncliyi İlhamla irəli" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda millət vəkili Etibar Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov, bir sıra QHT nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov ölkəmizin 22 illik müstəqilliyi haqqında danışıb. Onun sözlərinə grə, ölkəmiz müstəqillik qazandıqdan sonra ilk illər çox əziyyətli, keşməkeşli yol keçib: "1991-93-cü illərdə ölkəmizdə sabitlikdən danışa bilmirdik. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi vəziyyəti tamamilə dəyişdi. Ondan sonrakı dövrdə atılan addımlar Ulu öndərin adı ilə bağlıdır. Hazırda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra tədbirdə çıxış edən millət vəkili Etibar Hüseynov da Prezident İlham Əliyevin 10 illik faliyyətindən bəhs edib. O, ölkə başçısının insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində apardığı işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, indiyə kimi uğurla aparılan siyasət davamlı olmalıdır: "Elə bu səbəbdən də 9 oktyabr prezident seçkilərində seçicilər dövlət başçısı İlham Əliyevə səs verəcəklər".

Bundan əlavə tədbirdə çıxış edən Qarabağ müharibəsinin iştirakçısı İbad Hüseynov Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı atdığı mühüm addımlar haqqında danışıb. O, həmçinin ölkə başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi işləri xüsusi vurğulayıb: "1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə müharibəyə son qoyuldu. Əgər Ulu öndər hakimiyyətə gəlməsəydi, bizim aqibətimiz necə olacaqdı bunu allah bilir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə də öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə