“Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”ndan İlham Əliyevə dəstək

“Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”ndan İlham Əliyevə dəstək

Bu gün Avropada yaşayan milyonlarla azərbaycanlı Azərbaycanda baş verən proseslərə biganə qalmayıb milli və dövlət əhəmiyyətli məsələlərdə öz mövqeyini ortaya qoyur. Azərbaycanda keçirilən prezident seçkisi ərəfəsində "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası" bəyanat yayaraq İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib. SİA-nın məlumatına görə, təşkilat üzvlərinin adından yayılan bəyanatda son illər ölkəmizdə həyata keçirilən gənclər siyasəti modeli, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları, reallaşan layihələr və bunun nəticəsi olaraq Azərbaycan gənclərinin əldə etdiyi uğurlar təqdir olunur.

Müraciətdə, həmçinin Azərbaycan gənclərinin simasında ölkəmizin çevik inkişafı və bunun gələcəyə böyük ümidlər doğurduğu qeyd olunur. Bütün bunları nəzərə alan "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası" Avropada yaşayan milyonlarla azərbaycanlını arxasında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss etmək üçün oktyabrın 9-da doğru seçim etməyə səsləyir: "İnanırıq ki, Azərbaycan xalqı yenə də müdrik seçim edərək Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirən İlham Əliyevə etimad göstərəcək".

Azərbaycandakı milli dövlət əhəmiyyətli məsələlərdə azərbaycançılıq mövqeyindən çıxış edən "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası" Almaniyadakı soydaşlarımızın taleyinə də biganə deyil. 2007-ci ildən fəaliyyətə başlayan təşkilat bu ölkədəki həmvətənlərimizin maraqlarının qorunmasına, onlara hüquqi yardımların göstərilməsinə və cəmiyyətin bərabər hüquqlu üzvlərinə çevrilməsinə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə