Almaniyadakı azərbaycanlı gənclər İlham Əliyevi dəstəkləyir

Almaniyadakı azərbaycanlı gənclər İlham Əliyevi dəstəkləyir

Almaniyadakı azərbaycanlı gənclər prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir. SİA-nın məlumatına görə, bu barədə "Almaniya Azərbaycanlı Gənclər Birliyi"nin yaydığı bəyanatda bildirlir.

Uzun illərdir Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün digər Azərbaycan icmaları ilə birgə fəaliyyət göstərən təşkilat Avropadakı azərbaycanlı gənclərə səslənərək vətənimiz üçün həlledici məqamda- 9 oktyabr prezident seçkilərində dövlətçilik maraqlarını qorumağa, İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Birliyin müraciətində əsas diqqət İlham Əliyevin yürütdüyü gənclər siyasətinə diqqət çəkilir, bu siyasətin ölkəyə və gəncliyə böyük uğurlar gətirdiyi qeyd olunur: "Bütün bu nailiyyətlər, Azərbaycanın sürətli inkişafı, respublikada həyata keçirilən hüquqi, demokratik islahatların uğurlu nəticələri ölkəmizin parlaq gələcəyindən xəbər verir. Biz vətənimizə ümidlə baxırıq, inanırıq ki, bu tərəqqi davamlı olacaq".

"Almaniya Azərbaycanlı Gənclər Birliyi"nin üzvləri inanır ki, Azərbaycan xalqının taleyinihəll edəcək prezident seçkiləri günü – 2013-cü il oktyabrın 9-da azırbaycanlılar doğru seçim edərək ölkənin taleyini yenidən İlham Əliyevə həvalə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə