Fransada yaşayan həmyerlilərimiz dünya azərbaycanlılarına ünvanlanan bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, Paris Azərbaycan Evinin yaydığı bəyanatda Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar sadalanır, ölkəmizin diaspora sahəsində qazandığı nailiyyətlər göstərilir: "Bu gün biz haqq səsimizi dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olan, Azərbaycanı ürəkdən sevən, ona bütün mənəviyyatı ilə bağlı olan bir diaspora çevrilmişik. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Qərbə tamamilə açıqdır və Avropanın enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayır. Bu uğurları Avropada yaşayan azərbaycanlılardan başqa kimsə daha yaxşı hiss edə bilməz".
Fransada yaşayan azərbaycanlılar oktyabrın 9-da Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə soydaşlarını yenidən yanılmadan doğru seçim etməyə, hər zaman onları diqqət və qayğı ilə əhatə edən Prezident İlham Əliyevin yanında olmağa çağırır.
Qeyd edək ki, Paris Azərbaycan Evi yeni - 2012-ci ildə yaradılsa da, qısa müddət ərzində uğurlu lahiyələr həyata keçirib və Azərbaycan həqiqətlərinin yayımasında ciddi addımlar atıb. Bu ilin fevralında Fransa parlamentinin binasında Azərbaycan həqiqətlərini söylədiyinə görə ermənilər tərəfindən döyülən Mirvari Fətəliyeva məhz Paris Azərbaycan Evinin rəhbəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB