Cümşüd Nuriyev: “Ermənistan prezidenti başını itirib” MÜNASİBƏT
"Ermənistan prezidenti Serj Sarkisyan demək olar ki, başını itirib". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev ötən gün Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışında Azərbaycanın ünvanına səsləndirdiyi bəzi ittiham və hədələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, düşmən ölkə prezidentinin bu cür fikirlər səsləndirməsinə əsas verən amil, erməni müxalifətinin onu qumarbaz adlandırması olub: "Məsələ ondan ibarətdir ki, erməni müxalifəti Sarkisyanın Avropada qumarda 70 milyon avro vəsait uduzduğunu gündəmə gətirib. Millət vəkili Səməd Seyidov ona sual verəndə o, Ermənistan müxlifətinə deyə bilmədiklərini söyləyərək, bir növ hayıfını millət vəkilimizdən çıxmağa başlayıb. Amma o, özünü biyabır etdi. Sarkisyan Ermənistanı işğalçı kimi təqdim etməklə ölkəsinin vəziyyətini daha da ağırlaşdırdı. O, hədələyici çıxışlar edərək bildirib ki, əgər Azəraycan hücum etsə, Ermənistan torpaqlarımızın 25-30 faizini də işğal edəcək. Görün bu adam nə qədər siyasətdə piyada adamdır ki, Ermənistanı işğalçı dövlət kimi tanıtmaqla yanaşı, onun növbəti işğalçılıq siyasətini gündəmə gətirir".
Politoloq vurğulayıb ki, əslində xristian həmrəyliyi olmasaydı, Avropa Parlamenti Sarkisyanın bu çıxışına görə bəyanat verməli idi: "Lakin onların bu məsələyə münasibət bildirməmələri, ikili standarlara malik olduqlarını göstərir. Bununla Avropada yalançı demokratiyanın olduğu üzə çıxdı. Sarkisyan bu hərəkəti ilə Avropa Birliyinin siyasətinə tüpürdü. Eyni zamanda Rusiyaya bir mesaj göndərdi ki, əgər mən belə bir addım atmalı olsam, sən də məni dəstəkləməlisən. Belə səviyyəsizi tribunaya çıxarıb sonra da, onun çıxışına cavab verməmək Avropa Birliyinin bir daha səviyyəsiz olduğunu və islam dünyasına qarşı çıxdığını gündəmə gətirdi.
Azəraycan tərəfindən bununla bağlı atılacaq addımlara gəldikdə isə politoloq bildirib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi bəyanat verməlidir: "Azərbaycanda kifayət qədər QHT-lər, Qarabağla bağlı təşkilatlar var. Onlar bu məsələ ilə bağlı etiraz bəyanatı ünvanlaya bilərlər. Bundan əlavə, Parlament də bu məsələyə münasibət bildirməlidir. Ona görə ki, Sarkisyan Azərbaycan deputatına qarşı çıxış edib. Ümumiyyətlə ölkəmizdə bu məsələlərə qarşı ciddi üsyan olmalı, media susmamalı, bunun üzərinə getməlidir. Bu, bizim üçün vacibdir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB