Elman Abdullayev: “Serj Sarkisyan beynəlxalq ictimaiyyətin rəyinə hörmət etmir” AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sarkisyan hələ də başa düşmür ki, danışıqlar prosesində manipulyasiya etmək və münaqişənin nizamlanmasının uzadılmasına yönəldilmiş müxtəlif bəhanələr bütün regionun təhlükəsizliyinə, xüsusilə Ermənistanın özünə çox mənfi təsir edir". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Serj Sarkisyanın AŞ PA-dakı çıxışına münasibət bildirərkən deyib.
Elman Abdullayevin sözlərinə görə, Ermənistan prezidentinin belə yanaşması onun beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin rəyinə hörmət etməməsindən irəli gəlir: "Ermənistan prezidenti Serj Sarkisyan beynəlxalq təşkilatın tribunasından istifadə edərək beynəlxalq hüquq normalarını özü bildiyi kimi şərh etməklə dünya ictimaiyyətində yenidən yanlış rəy yaratmağa çalışır: "Mən bilmirəm Serj Sarkisyan demokratiyanı necə başa düşür. Onun demokratiya anlayışı və düşüncəsinin beynəlxalq ictimayyətin demokratiya anlayışından fərqli olduğu birmənalıdır.
XİN rəsmisi deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yerli azərbaycanlı əhalinin qanı hesabına rejim qurmaq, sonra isə bunu demokratiya adlandırmaq ümumbəşəri dəyərlərə hörmətsizliyin həyasızcasına nümayişidir.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 2-də AŞ PA-nın Strasburqda keçirilən iclasında yenidən Azərbaycanın ünvanına ittihamlarla çıxış edərək Dağlıq Qarabağı "demokratik cəmiyyətin nümunəsi" adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB