İlham Əliyevə verilən hər bir səs firavan həyatımızın təminatıdır
Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası respublikamızın hər bir yerində uğurla davam etdirilir. Tutduğu peşədən, vəzifədən asılı olmayaraq görüşlərdə iştirak edən hər bir vətəndaş Azərbaycanın işıqlı gələcəyi, müstəqillimizin davamlığı, əbədiiliyi, dinamik inkişafı naminə bir məqsəd, amal ətrafında birləşərək, iradə, güc, birlik nümayiş etdirir, Cənab İlham Əliyev ətrafında sıx birləşirlər. Silsilə tədbirlərin davamı olaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon Seçki Qərargahı partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun səhiyyə işçiləri ilə növbəti görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərinə qısa zaman qalır və rayon təşkilatı mütəmadi olaraq təbliğat-təşviqat xarakterli görüşlər keçirir. Rayon təşkilatının sədri bu günə qədər ölkəmizdə keçirilən seçkilərdə qazanılmış təcrübənin əhalinin seçkilərdə daha da fəal və düzgün mövqe nümayiş etdirməsinə səbəb olacağını qətiyyətlə ifadə edib: "Prezident seçkilərində parlaq qələbəmizi qeyd edəcəyimizə heç bir şübhə yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir ki, ölkəmizdə görülən işlər, dinamik inkişaf Azərbaycanın sivil dövlətlər səviyyəsinə yüksəltmişdir. Regionlarda olan durum deyərdim ki, Avropada olan ölkələr səviyyəsinə gəlib çatıb. Bizim reallıqlar çərəçivəsində deməyə sözümüz çoxdur. Bir sıra namizədliyi irəli sürülən şəxslər var ki, onların əməli fəaliyyətində deyil, sözdə gücə malik olduqlarının şahidi oluruq".
Seçicilərə üzünü tutan rayon təşkilatının sədri 9 oktyabr tarixində onları düzgün seçim edərək Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən YAP Nəsimi rayon Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvü, rekonstruktiv cərrah, professor Vaqif Qələndərli ölkədə həyata keçirilən islahatlara, əldə edilmiş uğurlara nəzər salaraq bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi elm, təhsil, səhiyyə sahəsinə də xüsusi önəm verilir: "Ümummilli Liderin uğurlu siyasətini layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin son on illik dövrdəki fəaliyyəti ölkəmizin yeni inkişaf dövrü yaşamasına səbəb olub. Azərbaycanın sürətli iqtisadi inkişafı, məqsədyönlü islahatlar, uğurla icra olunan Dövlət Proqramları bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafına da təsirini göstərməkdədir".
Son on ildə böyük uğurların əldə olunduğunu bildirən V.Qələndərli seçiciləri seçkilərdə fəal olmağa çağıraraq, Cənab İlham Əliyevə səs verməklə səhiyyəmizi daha da yüksəkliyə qaldırmağa nail olacağımızı bildirib.
Görüşdə çıxış edən YAP Nəsimi rayon Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Rəna Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü fəaliyyətin, siyasətin bu gün ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini bildirib: "Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsi inkişaf edir. Səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına istiqamətlənib. Xarici ölkələrin ən qabaqcıl səhiyyə, təhsil müəssisələri ilə əməkdaşlıq davam edir. Ölkənin hər yerində yeni səhiyyə obyektləri açılır, müasir avadanlıqlarla təchiz olunur".
O, çıxışının sonunda səsvermə hüququna malik olanların Cənab İlham Əliyev səs verəcəyini bildirib.
Görüşdə çıxış edən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu, professor Vaqif Verdiyev vurğulayıb ki, ölkəmizdə abadlıq-quruculuq, yenidənqurma işləri sürətlənib, əhaliyə göstərilən sosial xidmət yüksəlib, sosial infrastruktur layihələri həyata keçirilib: "Cənab İlham Əliyevə verəcəyimiz hər bir səs gələcək uğurumuz, rahat, firavan həyatımızın, Azərbaycanın müstəqilliyinin təminatıdır".
Sonra o, hər kəsi seçkidə Cənab İlham Əliyevə səs verməyə səsləyib. Vurğulayıb ki, prezident seçkilərində xalqımız Cənab İlham Əliyevə səs verməklə, övladlarımızın gələcəyinə, işıqlı sabahına səs verəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB