Qax seçicilərinin devizi - "İlhamla İrəli"dir

Qax seçicilərinin devizi - "İlhamla İrəli"dir

YAP Qax rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat kompaniyasını davam etdirir. Dünən 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qax rayonu üzrə təbliğat-təşviqat kompaniyası çərçivəsində növbəti görüş rayonun Əlibəyli, Alatəmir, Meşəbaş, Qarameşə kəndlərinin seçiciləri ilə keçirilmişdir. Görüşlərdə rayon seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri iştirak etmişlər.

Təbliğat qrupunun üzvü Əbdürrəhman Aşurov seçicilər qarşısında çıxış edərək, yola saldığımız 10 ildə YAP-ın Sədri, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizdə tam siyasi sabitlik yaradıldığı, bütün sahələr üzrə iqtisadiyyatımız sürətlə inkişaf etdiyi, ölkələrin inkişafı üçün Dövlət Proqramlarının qəbul olunaraq icra edildiyini bildirdi. Qeyd etdi ki, həyata keçirilən bu siyasətin davam etdirilməsi üçün hər kəsin üzərinə vətəndaşlıq borcu düşür: "Sabahımıza biganə qala bilmərik. İşıqlı sabahımızın, iqtisadi inkişafımızın təminatçısı olan İlham Əliyevin ətafında sıx birləşən Qax rayon seçiciləri bu dəfə də ənənələrinə sadiq qalacaq. Sizləri fəal olmağa və 9 oktyabr prezident seçkiləri günü məntəqələrə gedərək İlham Əliyevə səs verməyə İnanıram ki, hər kəs yüksək fəallıq göstərərək, seçki məntəqələrinə gedəcək və bu siyasət yenə də davam edəcəkdir. İlham Əliyev bütün fəaliyyətini, əməyini Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr edib. Cənab Prezidentin gördüyü işlər bu gün xalqımız tərəfindən öz layiqli qiymətini - xalqın sevgisini almışdır. Və inanırıq ki, 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində hər biriniz fəallıq nümayiş etdirərək öz gələcəyinizə səs verəcəksiniz.

Seçicilərdən Andro Sonaşvili, Robinzon Babacanaşvili, Rita Xəlilova çıxış edərək qeyd etdilər ki, biz gürcü xalqı ilə azərbaycanlılar tarixən həmişə dost olmuşuq. Cənab Prezidentimizin siyasətilə Azərbaycan tolerant ölkədir. Bizlərə burada çox gözəl şərait yaradılıb. Elə bu yaxın günlərdə Əlibəyli kəndinə yeni asfalt yol çəkildi, müasir xəstəxana tikilib istifadəyə verildi. Biz də öz Prezidentimizin gördüyü işləri alqışlayırıq və onu çox sevirik. Və növbəti 5 ildə də Cənab İlham Əliyevi Prezident görmək istəyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə