Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri seçicilərə təbliğat bukletləri paylayıblar. SİA-nın məlumatına görə, təbliğat kampaniyası başlanandan bu günə qədər hakim partiyanın on minlərlə gənc üzvü bu kampaniyada iştirak ediblər.
Son iki gün ərzində ölkəmizin bütün regionlarında və paytaxt Bakı şəhərində təbliğat materiallarının paylanılmasına başlayan gənclər indiyə qədər bir milyona yaxın seçiciyə təbliğat bukletləri paylayıblar. Qarşıda duran günlərdə də bu təbliğat işi davam etdiriləcək.
Bakı Şəhərinin hər bir rayonu üzrə bu işə cəlb edilən gənclər hər gün 3 saat olmaqla təbliğat materiallarını ictimai yerlərdə paylamaqla məşğul olacaqlar. YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyasına qoşulan bu gəncləri xüsusi hazırlanmış və üzərinə "İlhamla İrəli" yazılan geyimlərdən və üzərində hakim partiyanın emblemi olan papaqlardan tanımaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB