Niderland azərbaycanlıları bütün soydaşlarımızı İlham Əliyevə səs verməyə çağırıb
Azərbaycan diasporunun geniş fəaliyyət göstərdiyi Niderland Krallığında yaşayan soydaşlarımız dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıb. SİA-nın xəbərinə görə, seçkilərlə əlaqədar Niderland azərbaycanlılarının qəbul etdiyi bəyanatda deyilir ki, bu ölkədə yaşayan soydaşlarımız son 10 ildə təşkilatlanaraq diaspora sahəsində uğurlu fəaliyyət göstərib.
Azərbaycanın Niderlandda tanıdılması, Azərbaycan həqiqətlərinin təbliğ olunması, erməni diasporu ilə mütəşəkkil mübarizə aparılması, Haaqa şəhərində Xocalı soyqırımına həsr olunmuş abidənin ucaldılması, eyni zamanda dövlətin xaricdəki soydaşlarımıza diqqəti və qayğısı nəticəsində mümkün olub: "Müsəlman və xristian dünyasının qovuşduğu məkanda yerləşən Azərbaycanın düzgün inkişaf yolu seçməsi, insan hüquq və azadlıqlarını möhkəmləndirməsi, qanunun aliliyini təmin etməsi ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına öz töhfəsini verib".
Niderland azərbaycanlıları qarşıdan gələn prezident seçkilərində bütün dünya azərbaycanlılarını Azərbaycanın bügünkü inkişafının səbəbkarı – İlham Əliyevə səs verməyə çağırır: "Ümid edirik ki, "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn prinsipləri rəhbər tutaraq bütün Avropa azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcək".
Qeyd edək ki, bəyanat Niderland azərbaycanlıları adından Aərbaycanın Holand Dostları təşkilatı tərəfindən yayılıb. Üç ildir fəaliyyət göstərən təşkilatın rəhbəri Marion Van der Vextdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB