Gürcüstanda yaşayan soydaşlarımız oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir. SİA-nın xəbərinə görə, Gürcüstan Azərbaycanlıları Milli Konqresindən İlham Əliyevin seçki qərargahına daxil olan bəyanatda belə deyilir.
Qonşu ölkədəki soydaşlarımızın adından edilən müraciətdə gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün İlham Əliyevin verdiyi töhfələrə görə minnətdarlıq edilir. Məktubda həmçinin, son 10 ildə bölgənin inkişafı, Azərbaycanda müşahidə olunan sabitlik və ölkəmizin Gürcüstanın strateji tərəfdaşına çevrilməsi, Gürcüstanda iri investisiya layihələri həyata keçirməsi vurğulanır. Bəyanatda eyni zamanda son illərdə Azərbaycan dövləti tərəfindən Gürcüstandakı Azərbaycan icmalarının inkişafı üçün bir sıra layihələrin reallaşması da xüsusi qeyd olunur.
Gürcüstan azərbaycanlıları prezidentliyə namizəd İlham Əliyevin həm xarici, həm də daxili siyasətini dəstəklədiyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB