Zaqatalada 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində YAP Zaqatala rayon təşkilatı rayonun Qazangül ərazisində yerləşən futbol meydançasında görüş keçirib.
Qazangül ərazisindəki futbol meydançasında keçirilən görüşdə 10000 nəfər partiya fəalı iştirak edib.
Görüşdə YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, ölkəmizin sürətli inkişafı Prezidentimizin parlaq siyasəti ilə bağlıdır: "Cənab İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olub. Bu uğurlar Azərbaycan Prezidentinin dövlətçilik bacarığının və rəhbərlik qabiliyyətinin nəticəsidir. Bizlər bu siyasətin davamını istəyirik. Buna görə də seçki günü YAP-ın namizədinə səs verəcəyik".
Görüşdə həmçinin rayon ağsaqqalı Məhərrəm Məhərrəmov, YAP Qadınlar şurasının sədri Vəfa Süleymanova, millət vəkili Kamilə Əliyeva çıxış ediblər .
Görüşün sonunda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB