Yekatrinburq şəhərinin Azərbaycan diasporundan İlham Əliyevə dəstək!

Yekatrinburq şəhərinin Azərbaycan diasporundan İlham Əliyevə dəstək!

Prezident İlham Əliyevə seçkilərdə dəstək məqsədilə Rusiyanın Yekaterinburq şəhərində "Odlar Yurdum –Azərbaycan" adlı konsert keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasından Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahına daxil olan məlumatda bildirilir.

Konsert oktyabrın 4-də, saat 18:00-da Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasının təşkilatçılığı baş tutacaq. Tədbirin əsas məqsədi oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiyada yaşayan həmvətənlərimizin İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirməkdir.

Konsertdə tanınmış müğənnilər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və digər incəsənət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölmələrinin təşkilatçılığı ilə Prezident İlham Əliyevə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə