Elşən Musayev: “Cəmil Həsənlini radikal edən xalqın deyil, mandatın dərdidir”

Elşən Musayev: “Cəmil Həsənlini radikal edən xalqın deyil, mandatın dərdidir”

"Bu adam sözün gerçək mənasında eyforiyadadır. Onun hər hərəkətində, bəzən hətta hərəkətsizliyində də siyasi psixoz simptomları artıq özünü açıq-aşkar biruzə verir. Və ya, özündə ölkəyə qayıtmaq cəsarəti belə tapa bilməyən, bütün ömrü boyu rusun, ingilisin qapısından təlimat gözləyən, yedək siyasəti yürüdən birinin ölkənin say-seçmə insanları haqqında bu qədər həqarət dolu danışması yolverilməzdir". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlər haqqında söylədiyi təhqiramiz fikirlərə münasibət bildirərkən söyləyib.

"İbrahimbəyov deyir ki, teledebatlarda iştirak edən digər namizədlər" qondarma"dır və onların sərgilədiyi fəaliyyət özündə qul psixologiyasının elementlərini əks etdirir.

Absurddur deyilmi?

Və ya, bunu o insan deyir ki, onun özü bir layihədir. Sadəcə həyata keçməsi bəlli səbəblərdən mümkün olmayan layihə! Rusiyanın bəzi dairələri tərəfindən ortaya atılan, sonucda isə uğursuzluğun, fiaskonun simvolu olan layihə! İndi bu adam hansı haqqla kimisə layihə olmaqda ittiham edir?

İbrahimbəyov unudurmu ki, meydanda olan namizədlər ən pis halı ilə də ondan ən az min yox, milyon dəfə daha artıq, eyni zamanda xalqına və millətinə bağlı olan insanlardır? Sözlərini də "Milli Şura"nın anti-milli sədri kimi onun bunun dili ilə, ya da "skayp"la demirlər?

İbrahimbəyov görəsən Azərbaycan siyasətindəki hansı meyarları, məqamları ön plana çıxarıb Cəmil Həsənlini "xalqın lideri"adlandırır? Hardadır o lider? Biz niyə görmürük və tanımırıq onu? Teledebatda hıqqana-hlqqana, rəzalət, iftira dolu bir-iki kəlmə söyləməklə lidermi olur insan? Yoxsa hər kvartalın axırında əqidəsini əynindəki paltar kimi dəyişməkləmi?

Cəmil Həsənlini radikal edən xalqın deyil, əlinə ala bilmədiyi mandatın dərdidir. Bunu ki, hamı bilir! Onun buqələmun xislətinə, siyasətdəki yerdəyişmələrinə dünyanın ən nankor adamları belə heyrət edə bilər. Bu da bir ayrı həqiqətdir! Və inanın, hətta indi də, hazırki məqamda da iqtidardan vəzifə və ya ən kiçik imtiyaz təklifi gəlsə bu diletant, ipi üzərinə odun yığılması mümkün olmayan siyasətçi bütün dəyərlərə anındaca tüpürüb, mövqeyini dəyişər. Çünki adı üstündə - Cəmil Həsənli!", – deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə