Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülən cənab İlham Heydər oğlu Əliyevin Oğuz rayonu üzrə seçki qərargahı təbliğat və təşviqat kampaniyasını davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Oğuz rayonu Yaqublu, Yenikənd , Top və Zərrab kənd seçiciləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində qazanılan uğurlardan danışıb. Bildirib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə möhtəşəm qələbələr qazanıb: "Bu qələbələrin əsas səbəblərindən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlaşmasıdır. Bugünkü seçki kampaniyasına da təşkilatımız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat işini yüksək səviyyədə davam etdirir".
S.Məhərrəmov seçkilərdə bütün seçiciləri məntəqələrə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə seçicilərdən Abbas Həşimov, İlham Manafov, Nurlana İsmayılova və Faiq Haşımov öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, həyata keçirilən sosial ləyihələrdən, respublikamızda və Oğuz rayonunda görülən abadlıq işlərindən danışıblar.
Çıxış edənlər bildiriblər ki, 9 oktyabrda keçiriləcək seçkilərdə bütün oğuzlular hamılıqla YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB